Artıq dördüncü gündür ki, Gürcüstanın müxalifət fəalları Tbilisidəki nazirlik binaları qarşısına yığışaraq, Mixail Saakaşvilinin istefasını tələb edirlər. Associeted Pressin bildirdiyinə görə, bugünkü aksiyalarda cümə günü olduğundan daha az nümayişçi iştirak edib. Günorta nümayişçilərin sayı bir neçə min idisə, axşama yaxın 15 000-ə çatıb.
Müxalifət tərəfdarları Daxili İşlər Nazirliyi binasının qarşısına yığışaraq, binadakı işçiləri onlara qoşulmağa çağırmışlar. Nümayişçilər prezident Saakaşvilinin istefası ilə yanaşı, 2008-ci ilin sonuna təyin edilmiş parlament seçkilərinin aprel ayında keçirilməsini tələb etmişlər.
Prezident Mixail Saakaşvili milli televiziya ilə çıxışı zamanı bu tələbləri rədd etmiş, parlament və prezident seçkilərinin 2008-ci ilin payızında keçiriləcəyini bildirmişdir. Cənab Saakaşvili onun hökumətinə qarşı olan kampaniyada Rusiyanın əli olduğunu deyib.