Accessibility links

Britaniya terrorizmə qarşı yeni qanunlar paketi hazırlayıb


Qədim ingilis ənənəsinə uyğun olaraq bu gün Britaniya kraliçası Yelizaveta parlamentin açılışına sədrlik edib və terrorizmə qarşı hökumətin hazırladığı yeni qanunlar paketini açıqlayıb.

Kraliça burada əvvəllər dəfələrlə olub. Onu gətirən atlı kareta qısa küçədən keçərək Lordlar Palatasının yerləşdiyi Bukingem Sarayının qarşısında dayandı. Parlamentin hər iki palatasının nümayəndələri hökumətin gələcək planlarını müzakirə etmək üçün burada toplaşmışlar.

Təmtəraqlı mərasimdə siyasi təhlilçilər Qordon Braunun baş nazir vəzifəsində ilk dəfə qanunvericilərlə birlikdə iştirakını yaxından izləyirlər. Kraliça Yelizavetanın çıxışı zamanı dedikləri, Braun hökumətinin terrorizmə qarşı iş apardığını təsdiq etdi.

Terrorizmə qarşı hazırlanmış bu yeni qanunda terror ittihamı ilə tutulan hər bir kəsin əlavə dindirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG