Avropa Birliyi bildirib ki, Türkiyə Avropa blokuna qoşulmaq istəyirsə dini və digər islahatları daha da sürətləndirməlidir. Birliyin bu gün açıqladığı bəyanatında Avropa Komissiyası ilin əvvəlində yaranan konstitusiya böhranını aradan qaldırdığı üçün Ankaranı alqışlayır. Ancaq açıqlamada Türkiyənin 2005-ci ildə üzvlük danışıqlarına başlamasından sonra islahatların tempini azaltdığı deyilir. İttifaq Ankaranı islahatlar kursunu yeniləməyə çağırır.