Accessibility links

Müdafiə nazirləri Şimali Koreyanın  hələ də təhlükəli olduğunu deyirlər


Cənubi Koreya və Birləşmiş Ştatların müdafiə nazirləri nüvə silahları istehsal edən əsas nüvə reaktorunun bağlanması səylərinə baxmayaraq, Şimali Koreyanın hələ də təhlükə olaraq qaldığını bildiriblər. Seulda təşkil edilən mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geyts və Cənubi Koreyanın müdafiə naziri Kim Yanq Soo bildiriblər ki, Şimalın görməli işi çoxdur.

Cənubi Koreyanın müdafiə naziri Kim deyib ki, Şimali Koreyanın nüvə silahları istehsal etməsinə qarşı hər iki ölkənin mövqeyi eynidir və dəyişməyəcək. Cənab Kim deyib ki, Şimali Koreyanın nüvə obyektinin bağlanmasına razılıq verməsinə baxmayaraq, onun hələ təhlükəli məramlarından əl çəkdiyinə dair heç bir işarə yoxdur.

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Amerikanın Cənubi Koreyanın təhlükəsizliyinin təminat altına alınması öhdəliklərinə sadiq qaldığını bildirib. Belə ki, Amerika 28 000 nəfərdən ibarət əsgəri qüvvəsini Cənubi Koreyanın 700 000 əsgərinə yardım məqsədi ilə o ölkədə yerləşdirib.

XS
SM
MD
LG