Accessibility links

Fransa prezidenti Vaşınqtonda rəsmi səfərdədir


Fransa prezidenti Nikola Sarkozi prezident kimi ilk rəsmi səfərlə Vaşinqtondadır. Birinci xanımsız səfərə çıxan Fransa lideri Amerika ilə İraq müharibəsinə görə yaranmış gərginliyi aradan qaldırmağa çalışır. Buş administrasiyası sabiq prezidentdən fərqli olaraq Amerika ilə yaxşı münasibətlərə üstünlük verən Sarkozinin səylərini yüksək qiymətləndirir.

"Amerikalı Sarko" adı verilən cənab Sarkozi Konqresin birgə yığıncağında nitq söyləyib. O deyib ki, Fransa Əfqanıstanda terrorizm və İranın nüvə silahı proqramı əleyhinə mübarizədə Vaşinqtonla çiyin-çiyinə dayanacaq. Prezident Sarkozi deyib ki, Amerika və Fransa müdafiə sahəsində birgə mübarizə aparıb, demokratiya və azadlığın dəyərlərini təbliğ edəcək.

ABŞ prezidenti Corc Buş və Fransa lideri Nokola Sarkozi Əfqanıstan, İranın nüvə silahları proqramı, Darfur genosidi və Birmada demokratik inkişaflar məsələsini müzakirə edir.

Nikola Sarkozi bundan əvvəlki ABŞ səfəri zamanı prezident Buşun valideynlərinin Meyn ştatındakı evində olmuşdu.

XS
SM
MD
LG