Pakistanın sabiq baş naziri Benəzir Bhutto president Pərviz Müşərrəfin fövqəladə vəziyyət qərarına etiraz etmək üçün paytaxt İslamabad şəhəri yaxınlığında keçiriləcək yürüşün planlarını açıqlayıb. Xanım Bhutto tərəfdarlarını prezidentin qoyduğu ictimai toplanış qadağasına tabe olmamağa və cümə günü Ravalpindidə nümayişə gəlməyə çağırıb. Şəhər rəsmiləri aksiyanın keçirilməsinə icazə verməyəcəklərini deyir.
Bununla yanaşı sabiq baş nazir fövqəladə vəziyyətdən çıxmaq yollarını müzakirə etmək üçün bu gün müxalifətin digər liderləri ilə görüşür.