Accessibility links

ABŞ Pakistanda fövqəladə vəziyyətə son qoyulmasına çağırır


Birləşmiş Ştatlar Pakistanın sabiq baş naziri Benazir Bhutto və başqa siyasi partiya liderlərinin azad hərəkat etməsinə icazə verməli olduğunu bildirib. Sabiq baş nazir Benazir Bhuttonun ev dustaqlığı barədə qərarı lbu gün bir qədər öncə ləğv edilib.

Bu gün açıqladığı bəyanatda Ağ evin sözçüsü Qordon Condro Pakistanda fövqəladə vəziyyətin davam etməsi və fundamental azadlıqların məhrum edilməsi haqda ABŞ-ın narahatlığını ifadə edib. O, ölkə rəsmilərini təcili olaraq konstitusion qaydalara və demokratik normalara qayıtmağa çağırıb.

Bununla yanaşı ABŞ müdafiə naziri Robert Qeyts də Pakistandakı hadisələrdən narahatlığını bildirib.

ABŞ prezident Pərviz Müşərrəfin söz verdiyi kimi, ümummili seçkiləri gələn il fervalın ortalarına kimi keçirəcəyini gözlədiyini bəyan edib.


XS
SM
MD
LG