Accessibility links

Bu həftə Əfqanıstanda bomba hücumu azı 75 nəfərin ölümünə səbəb olub


Əfqanıstanın Təhsil Nazirliyi bu həftə ərzində intiharçı hücumu nəticəsində 59 şagirdin və 5 müəllimin qətlə yetirildiyini bildirib. Nazirliyin sözçüsü Zahor Əfqan deyib ki, uşaqlar şəkər zavodunda parlament nümayəndələrini qarşılayarkən partlayış baş vermişdi. Çərşənbə axşamı həyata keçirilən hücumda 6 qanunverici daxil edilmklə azı 75 nəfərin öldüyü bildirilir. Qətlə yetirilən qanunvericilər dünən torpağa tapşırıldı. Qeyd edək ki, Taliban yaraqlıları bu hadisənin məsuliyyətini üzərinə götürməyib.
XS
SM
MD
LG