Accessibility links

Türkiyə parlamenti nüvə stansiyalarının inşasına dair qanunu təsdiq edib


Türkiyə parlamenti nüvə stansiyalarının inşasına yol verən qanunu təsdiq edib. Baxmayaraq ki, bu qərara ətraf mühit mühafizəçiləri tərəfindən kəksin etiraz edilir. Qanuna əsasən hökumətə nüvə obyektlərinin inşasına imkan yaradacaq tenderləri qəbul etmək səlahiyyəti verilir və onların idarə edilməsi üçün dövlət şirkəti təsis edilməlidir. Qərar Türkiyə prezidenti Abdulla Gülün təsdiqini tələb edir. Türkiyə hökuməti enerji ehtiyatına artmaqda olan tələbata görə və xarici təminatdan asılılığa son qoyulması məqsədi ilə 3 stansiyanın 2015-ci ilədək inşa ediləcəyini bildirir.

XS
SM
MD
LG