Accessibility links

İraqda 200-dən çox şübhəli həbs edilib


ABŞ hərbi qüvvələrinin İraqın şimalında 4 vilayətdə İraq ordusu ilə birgə keçirdiyi geniş miqyaslı əməliyyatlar terrorçuluqda şübhəli bilinən 200-dən çox şəxsin həbsi ilə nəticələnib. Hərbi qüvvələr bildirir ki, keçən həftə başlayan "Iron Hammer" (“Dəmir Çəkic”) əməliyyatı zamanı Iraqda Əl-Qaidə qrupu ilə mübərizədə müsbət naiiyyət əldə olunub. ABŞ ordusunun bildirdiyinə görə, təhlükəsizlik qüvvələri 3 Əl-Qaidə fəalını həbs edib və bir neçə böyük silah anbarını aşkar edib.

Polisin məlumatına görə, bu gün Bağdadda ABŞ qüvvələrinin konvoyunu hədəfə alan yolkənarı bombanın partlaması 12 yaşlı iraqlı uşağın həlak olması ilə nəticələnib. Parlayış zamanı ən azı 3 nəfərin yaralandığı bildirilir.

XS
SM
MD
LG