Yüksək rütbəli rus generalı deyib ki, onun ölkəsi ABŞ-ın Mərkəzi Avropada planlaşdırdığı anti-raket sisteminə cavab olaraq Belarusda qısamənzilli raketlər yerləşdirməyi planlaşdırır. Rusiya Xəbər Agentliyinin verdiuyi məlumata əsasən general Vladimir Zaritski bu addımın ABŞ tədbirlərinə müvafiq cavab olacağını deyib.
Rusiya Polşada 10 raket qəbuledici və Çex Respublikasında Radar yerləşdirməyi nəzərdə tutan ABŞ planının əleyhinə çıxır. Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ-ın bu addımları Avropada sabitsizliyə və yeni silah yarışına gətirib çıxaracaq.