Accessibility links

Sərhədsiz Reportyorlar Qrupu Azərbaycan jurnalistinin tələyə salındığını deyib


Sərhədsiz Reportyorlar adlı media hüquqları qrupu ötən həftə Azərbaycanda müstəqil jurnalistin hökumət tərəfdarları tərəfindən tələyə salınaraq həbs edildiyindən şübhələndiyini bildirib. Bu gün açıqladığı bəyanatda qrup Azərbaycan hökumətinin xuliqanlıq maddəsi üzrə saxlanılmış Qənimət Zahidi məhkəməyədək olan müddətdə həbsə saxlamaq qərarından dəhşətə gəldiyini bildirib.

Jurnalist bazar günü qəzet ofisinə gedərkən onun qarşısına çıxan qadın cənab Zahidi onu təhqir etməkdə ittiham edəndən sonra həbs edilib. Qənimət Zahidin iki ay müddətinə həbsdə saxlanılması qərarı ABŞ Dövlət Departamentinin etirazı ilə qarşılanıb. Onun məhkəməsi iki aydan sonra keçiriləcək. Qənimət Zahid Azərbaycanda həbsə alınan 9-cu jurnalistdir.

XS
SM
MD
LG