Accessibility links

Amerika müsəlmanları özlərinin İslam məktəblərini açır


Birləşmiş Ştatlarda 6-dan 8 milyona qədər müsəlman yaşayır və müsəlman uşaqlarının çoxu ictimai məktəblərə gedir. Artıq on illərdən bəri müsəlman uşaqları İslamı və Quranın dili olan ərəb dilini öyrənmək üçün bazar günü məktəblərinə gedirdilər. Lakin son zamanlar bəzi amerikalı müsəlmanlar özlərinin İslam məktəblərini açırlar. Belə məktəblərdə təlim kursları ilə yanaşı, İslam tədris edilir.

Birləşmiş Ştatlarda anadan olmuş ikinci və ya üçüncü nəsl amerikalı müsəlmanlar Amerika mədəniyyətinə yad deyillər. Lakin valideynləri onları həm amerikalı, həm də müsəlman kimi böyümələri üçün Miçiqan ştatındakı Dearborn Müsəlman Akademiyasına gətirirlər. Bu tədris ocağı Amerikaknın İslam Mərkəzinin bir hissəsi kimi fəaliyyət göstərir.

2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra ərəb dilini bilmək milli təhlükəsizlik resursuna çevrilib. Məhz buna görə İslam məktəblərinə ehtiyac duyulur.

XS
SM
MD
LG