Accessibility links

Türkiyə prokurorluğu kürdyönümlü partiyanın bağlanmasına çalışır


Türkiyə prokurorluğu ölkənin kürd yaraqlıları ilə əlaqəsi olduğu iddia olunan ölkənin əsas kürdyünümlü siyasi partiyanın bağlanması üçün qanuni fəaliyyətlərə başlayıb. Verilən məlumata görə, baş prokuror Abdürrəhman Yalçınkaya Demokratik Cəmiyyət Partiyasının fəaliyyətinə son qoyulması üçün Konstitusiya məhkəməsində iş qaldırıb. Bu müraciət 20 ildən artıqdır ki PKK separatçılarının etdiyi zorakılıqların qarşısının alınması yolu kimi partiyanın əsasən kürdlərin yaşadığı Türkiyənin cənub-şərqinə müxtariyyət verilməsi çağırışından sonra edilib. Əvvəllər də ölkə kürdyönümlü partiyaların PKK ilə əlaqəsi olduğu üçün fəaliyyətlərinə son qoymuşdu.
XS
SM
MD
LG