Accessibility links

OPEK ölkələrinin liderləri Səudiyyə Ərəbistanında görüşüblər


OPEK liderlərinin Səudiyyə Ərəbistanında keçirdikləri zirvə toplantısı öz işini bitirib. Liderlər dünya bazarını lazımı qədər neftlə təmin edəcəklərinə söz veriblər. OPEK-in bir neçə üzvü qlobal istiliyə qarşı aparılan mübarizədə maliyyə yardımı göstəcəyini bildirib. Səudiyyə Ərəbistanı 300 milyon, Küveyt 150 milyon və Birləşmiş Ərəb Əmirliklri isə 150 milyon dollar məbləğində yardım edəcəklərini açıqlayıblar. İran və Veneseula nefti dollara yox başqa valyutaya satmağı təklif etmişlər. Lakin toplantı bu sahədə heç bir dəyişiklik etməyib.
XS
SM
MD
LG