Accessibility links

İtaliyanın müxalifət lideri 7 milyon imza toplayıb


İtaliyanın müxalifət lideri və sabiq baş naziri Silvio Berluskoni erkən seçkilərə dəstək məqsədi ilə 7 milyon seçicinin imzasını topladığını bildirib. Bu gün Milanda verdiyi bəyanat onun dünən mərkəz sağçı partiyaların birləşdiriləcəyinə dair planını açıqlamasından sonraya təsadüf edir. Lakin onun əsas müttəfiqi Gianfranko Fini sağ cinah Milli Alyansının Berluskoninin yeni partiyasına qoşulmaq niyyətində olmadığını bildirib. Fini mərkəz sağçı blokun təsisi barədə mükazkirələr keçirilməsini istəyir. Fini bundan əlavə Berluskoninin növbədənkənar seçkilər ideyasının əks-produktiv olacağını deyib.

XS
SM
MD
LG