Birləşmiş Ştatlarda Şükran bayramı həftəsi milyonlarla amerikalının səfərə çıxdığı zaman Texas ştatının Beynəlxalq Hava Limanında kommunikasiya problemlərinə görə bütün uçuşlar bir saatlıq təxirə salınıb. Federal Aviasiya Administrasiyası bildirib ki, problemə səbəb elektrik cərəyanının kəsilməsi nəticəsində radio əlaqəsinin pozulması olub.
Amerikanın ən məşğul hava limanlarından biri olan Texas Beynəlxalq Aeroportundan havaya qalxan təyyarələr endirilib, hava limanına yetişən təyyarələrin enməsinə icazə verilməyib.