Accessibility links

ABŞ prezidentinin daha bir müşaviri istefa verdi


ABŞ prezidenti Corc Buşin təhlükəsizlik məsələləri üzrə müşaviri Fran Tousend istefa verib. Son dörd il ərzində o, prezidentin daxili təhlükəsizlik və əks-terror fəaliyyətlərinə yaxından kömək edirdi. Ağ Ev onun istefasını bu gün bəyan etsə də, istefanın səbəblərinə dair açıqlama verməyib. Son aylar prezident Buşun yaxın müttəfiqlərinin bir neçəsi istefa verib. Bunlara siyasi müşavirlər Karl Rov və Dan Bartlet, habelə mətbuat katibi Toni Snou daxildir.

XS
SM
MD
LG