Accessibility links

İraqda 3 polis işçisi qətlə yetirilib


İraqın Baquba şəhəri yaxınlığında pusquya salınan 3 polis işçisi qətlə yetirilib. Bağdadda isə yolkənarı bomba partlayışı bir nəfərin ölümü, digər yeddisinin yaralanmasına səbəb olub. Beyji şəhərində maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 5 adamın həlak olduğu xəbər verilir. İraq televiziyası ilə cümə günü girov götürülən jurnalistin azadlığa buraxıldığı nümayiş etdirilib. 28 yaşlı Müntədar Əl-Zaidi saxlandığı müddət ərzində döyüldüyünü və azad edilməsinin “möcüzə” olduğunu deyib.

XS
SM
MD
LG