Accessibility links

İraq hökuməti özəl təhlükəsizlik xidmətlərinə xəbərdarlıq edib


İraq hökuməti xəbərdarlıq edib ki, onlar qanunu pozan özəl təhlükəsizlik xidmətləri ilə ciddi məşğul olacaq. Ölkə orsunun sözçüsü, briqada komandiri Qasım Musəvinin xəbərdarlığı bir gün əvvəl iraqlı qadına atəş açılmasından sonra çoxu əcnəbi olmaqla 43 nəfərin həbs olunmasından sonra səslənib. O deyib ki, dünənki atışma zamanı konvoy Bağdadın Karrada rayonunda yolun səhv istiqamətində hərəkət edirmiş.

Birləşmiş Ştatlar hərbi qüvvələrinin sözçüsünün bildirdiyinə görə, konvoy ABŞ ordusu ilə ərzaq və su təchizatına dair müqavilə imzalamış Dubay şirkəti Almko Qrupa məxsusdur. İraq qüvvələri 10 iraqlı, 21 şri lankalı, 9 nepallı, 2 fidjili və 1 hindistanlını həbs edib. Bu atışma özəl təhlükəsizlik şirkətlərinin İraqda törətdiyi bir neçə insidentdən biridir.

XS
SM
MD
LG