Accessibility links

Iraqın Ramadi şəhərində bomba hücumu həyata keçirilib


İraqın Ramadi şəhərində məhkəmə binasının qarşısında bomba yerləşdirilmiş maşının partlaması nəticəsində 4 nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdır. Polisin bildirdiyinə görə, məhkəmə mühafizəçilərinin terrorçunu atəşə tutmasına baxmayaraq, o, avtomobili qarışıqlıq olan maşın dayanacağına sürməyə və orada partlatmağa müvəffəq olub.

Sünni Ərəb icma nümayəndələrinin ABŞ qüvvələrinə qoşulub, regiondan Əl-Qaidə terrorçularını çıxarmağa çalışmasından sonra Ənbar vilayətində partlayışlar və başqa hücumlar qeydə alınır.

Böyük Britaniya Müdafiə Nazirliyi dünən Bağdadda vertolyotun qəzaya uğraması nəticəsində 2 britaniyalı əsgərin ölməsi, 12-nin yaralanması xəbərini təsdiq edib.

XS
SM
MD
LG