Accessibility links

Dünya bazarlarında neftin qiyməti 100 dollara yaxınlaşıb


Dünya bazarlarında neftin qiyməti rekord səviyyəyə 100 dollara yaxınlaşıb. İnvestorlarqış aylarında ehtiyatların qeyri-mütənasibliyi və dolların dəyər itiməsindən narahatlığını bildirir. ABŞ-ın Energetika Nazirliyinin son hesabatında bildirilir ki, neft ehtiyatlarının bir milyon barrel azaldılması Asiya bazarlarında yanacaq qiymətləritnin artmasına səbəb olub. Ekspertlərin fikrincə, ABŞ dollarının dəyər itirməsi invstorların pullarını neft sahəsinə yatırmasına yol açıb. Bu isə yanacaq istehlakçıları üçün pis xəbərdir. Belə ki, bu qış yanacaq qiymətilərinin 22 faiz artacağı gözlənilir. Enerji bazarlarında qeyri-sabitlik dekabr ayında sələm faizlərinin düşəcəyinə dair şaiyələrə səbəb olub. ABŞ-ın Mərkəzi Bankı isə gələn ilin ortalarınadək ölkədə iqtisadi artımın yavaşıyacağını proqnozlaşdırır.

XS
SM
MD
LG