Accessibility links

İordaniya və Misir liderləri görüş keçirir


Birləşmiş Ştatların sponsorluğu ilə gələn həftə keçiriləcək Yaxın Şərq Sülh Konfransına hazırlıq məqsədi ilə İordaniya kralı Abdulla ilə Misir prezidenti Hüsnü Mübarək bu gün Qırmızı Dənizin kurort şəhəri Şərm Əl-Şeyxdə görüş keçirirlər. Bu gün cənab Hüsnü Mübarəyin fələstinlilərin prezidenti Mahmud Abbasla da görüşü gözlənilir.

Misir və Türkiyə Birləşmiş Ştatların Merelend ştatının Annapolis şəhərində keçiriləcək konfransda iştirak edəcəklərini təsdiq edən ilk müsəlman dövlətləri olmuşlar. Sabah Qahirədə keçiriləcək Ərəb Liqası yığıncağında digər ərəb dövlətlərinin sülh konfransında iştirak edib-etməyəcəyi məsələsi müzakirə olunmalıdır.

XS
SM
MD
LG