Əfqanıstanın cənubunda Taliban yaraqlıları ilə gedən döyüşdə bir Avstriya əsgəri öldürülüb. Avstriya rəsmilərinin sözlərinə görə, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin üzvü olan 26 yaşlı əsgər ölkənin Uruzqan vilayətində bomba hazırlayan Taliban yaraqlılarını hədəfə alan əməliyyatlar zamanı həlak olub. O, son aylarda Əfqanıstanda həlak olan 3-cü Avstriya əsgəridir. Qəndəharda olan başqa bir zorakılıqda bu gün Taliban yaraqlıları ən azı 7 əfqan polis zabitini qətlə yetiriblər. Zabitlər Ərqəndab ərazisində öldürülüb. ABŞ-ın başçılıq etdiyi koalisiya rəsmiləri bildirir ki, dünən Qəzni vilayətində baş verən toqquşmalar zamanı bir neçə yaraqlı həlak olub, bir koalisya əsgəri isə yaralanıb.