Accessibility links

Rusiyada müxalifət askiyası dağıdılıb


Rus polisi Moskvada müxalifət yürüşünü dağıtmış və aksiya lideri, sabiq dünya çempionu Qarri Kasparovu həbs etmişdir. Toqquşmalar bir neçə min nümayişçinin Mərkəzi Seçki Komissiyasına tərəf hərəkət etməsindən sonra başlayıb. 150 nəfər polis kordonunu yararaq binaya yaxınlaşa biliblər. “Başqa Rusiya” koalisiyası bu gün Moskvada, sabah isə Sankt Peterburqda “Razılaşmayanların Yürüşü” şüarı altında nümayiş keçirir. Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlmiş bu aksiyalara biznes-təmayüllü Sağ Qüvvələrin Birliyi də qoşulub. Yürüşlər həmçinin Ruysiyanın bir sıra başqa şəhərlərində planlaşdırılır. Rusiyada parlament seçkiləri Dekabrin 2-də, prezident seçkiləri isə Martda keçiriləcək.
XS
SM
MD
LG