Accessibility links

Iraqda neft müqavilələrinin imzalanması yalnız neft nazirliyinin səlahiyyətinə daxil edilir


İraq rəsmilərinin bidlirdiyinə görə, Neft Nazirliyi kürd regionunun hökuməti tərəfindən xarici neft şirkətləri ilə imzalanan bütün müqavilələri etibarsız elan edib. Adı məxfi saxlanılan nazirlik rəsmisi bildirib ki, milli neft qanunlarına əsasən Neft Nazirliyi müqavilə imzalamağa səlahiyyəti olan yeganə təsisatdır. Neft naziri Hüseyn Şəhristaninin neft şirkətlərinə xəbərdarlıq verdiyi bildirilir. Həmin xəbərdarlığa əsasən İraqın mərkəzi hökumətinin təsdiqi olmadan xarici şirkətlərlə müqavilə imzalayan hər bir şirkət gələcək imkanlardan məhrum ediləcək.

XS
SM
MD
LG