Accessibility links

Suriya Yaxın Şərqə dair konfransa dəvəti qəbul edib


Suriya ABŞ-ın bu həftə Annapolis şəhərində Yaxın Şərq konfransına dəvətini qəbul edərək, Dəməşqin iştirakı ilə bağlı qeyri-müəyyənliyə son qoyub. Suriya hökuməti bu gün xarici işlər nazirinin müavini Feysəl Mekdadın konfransda iştirak edəcəyini deyib. Rəsmi Dəməşq konfransda iştiraka danışıqlara 1967-ci il İsrail tərəfindən işğal edilmiş Qolan yüksəkliklərinin geri qaytarılması məsələsinin salınması şərtilə razı olub. Röyters xəbər agentliyi Suriyanın yüksək səviyyəli diplomatlarına istinadən bildirir ki, hökumət İsrail-Suriya sülh danışıqlarının da əlavə edildiyi gündəliyi aldıqdan sonra konfansda iştirak emək haqda qərar verib.

XS
SM
MD
LG