Əfqanıstan polisinin xəbər verdiyinə görə, bu gün Kabildə intiharçı maşınını koalisiya qüvvələri olan hərbi maşının yaxınlığına sürərək partlatmış, nəticədə iki nəfər ölmüş, bir neçə nəfər yaralanmışdır. Hadisənin şəhərin əsasən səfirliklərin yerləşdiyi və xarici vətəndaşların yaşadığı hissəsində baş verdiyi bildirilir. Hücumun məsuliyyətini Hezb-i-İslami yaraqlı qrupu öz üzərinə götürüb.
Dünən isə Əfqan qanunvericiləri son zamanlar azı 77 nəfərin ölümünə səbəb olan intihar hücumlarına görə hökumətin məsuliyyət daşıdığını deyərək, etiraz aksiyası keçirmişlər. Müxalifət nümayəndəsi, parlamentin Aşağı Palatasının spikeri Yunus Qanuni hökuməti parlamentin sentyabr ayında Baqlan vilayətində baş verən bomba hücumu ilə əlaqədar təhqiqat aparılması tələbinə məhəl qoymadığını deyib.