Accessibility links

Pakistan prezidenti hərbi qüvvələrin baş komandanı vəzifəsindən sabah istefa verir


Pakistan prezidenti Pərviz Müşərrəf hərbi qüvvələrin baş komandanı vəzifəsindən istefa verməsinə bir gün qalmış, hərbi komandirləri ilə görüşlər keçirib. General Ravalpindi və islamabadda hərbi qüvvələrin baş qərargahlarında Pakistanın dəniz, hava və ordu rəsmiləri ilə görüşmüşdür. Sabah general Müşərrəfin istefasından sonra onu general Əşfəq Kayani əvəz edəcək. Prezident Müşərrəfin prezident kimi gələn 5 illik müddətə andiçmə mərasimi cümə axşamı günü təşkil ediləcək.

XS
SM
MD
LG