BMT-nin bəyanatında bildirilir ki, iqlim dəyişikliyi ilə əlaqədar 2007-ci ildə dünya boyu bir milyondan çox ağac əkilib. Qərargahı Nairobidə yerləşən BMT-nin Ətraf Mühit Proqramı Təşkilatı bildirir ki, meşə salınması ilə əlaqədar layihə meşələrin qırılması və ətraf mühitə ziyan dəyməsinə qarşı mübarizə məqsədi daşıyır. Layihədə Efiopiada 700 000 ağac əkildiyi deyilir. Meksika isə bu layihəni davam etdirərək, 217 milyon ağac əkməyi planlaşdırır. Türkiyə, Kenya, Ruanda və İndoneziya da ən çox sayda ağac əkən ölkələrin sırasında yer alıb.