Accessibility links

Venesuelada gərginlik artmaqdadır


Venesuelada bazar günü referendumundan öncə gərginlik artmaqdadır. Prezident Uqo Çavesin konstitusiyaya dəyişiklik təklifinə dəstək verənlər və onun əleyhinə çıxı" hspace=2 src="/azerbaijani/images/AP_venezuela_demos_eng_195_26nov07.jpg" width=210 align=left vspace=2 border=0>ş edənlərin nümayişləri daha intensiv xarakter alıb. Prezident Çaves deyib ki, konstitusiya düzəlişləri onun seçildiyi təqdirdə məhdudiyyətsiz prezidentliyini təmin edəcək. Düzəlişlər Çavesə istənilən qədər prezident seçilməsi, hakimiyyət dönəmlərini 6 və ya 7 il etməsinə və Venesuelada sosializm quruculuğuna yol aça bilər.

Tələbələrin təşkil etdiyi nümayiş iştirakçılarını yeni konstitusiyanın Çavesə avtoritar səlahiyyət verəcəyi qorxudur. Venesuela tələbələri referendumun əleyhinə olan əsas qüvvədir. Çavesin islahatlar təklifinə ölkə qadınları tərəfindən güclü dəstək verilir. Karakas stadionunda toplaşan 5000-ə yaxın qadın Hüqo Çaves və Fidel Kastronun portretlərini qaldırıb.

Prezidentin təkliflərinə fövqəladə vəziyyət elan edildiyi təqdirdə səlahiyyətli nümayəndələrə ittihamsız həbslər və mətbuata nəzarət edilməsi kimi səlahiyyətlər verilməsi daxildir. Prezident Çaves neft gəlirlərinin sosial təminata sərf edilməsi proqramlarına görə, Venesuelanın yoxsul əhalisinin güclü dəstəyini əldə edib. Lakin onun islahatlar təklifləri ölkəni kommunizm diktatorluğuna sürükləyəcəyinə dair qorxuları artırıb.

XS
SM
MD
LG