Venesuela prezidenti Hüqo Çavez 2012-ci ildə daha 6 il müddətinə prezident seçilmək üçün öz namizədliyini irəli sürəcəyini bildirib. Bu gün dövlətə məxsus Carreo del-Orinoco qəzetinə verdiyi müsəhibəsində cənab Çavez xərçəng xəstəliyi səbəbindən əməliyyat keçirməsinə baxmayaraq, bir də prezident seçilərsə, əvvəlkindən də yaxşı işləyəcəyini deyib. Prezident Çaves Venesuelaya Kubada keçirilən kimya-terapiyasından bir həftə sonra, keçən şənbə günü dönüb.
.