Accessibility links

Kristofer Hill Şimali Koreyanın nüvə reaktorunu ilin sonunadək bağlayacağını deyir


ABŞ-ın Şimali Koreya üzrə nüvə müzakirəçisi Kristofer Hill Pxenyanın əsas nüvə reaktorunun planlaşdırıldığı kimi ilin sonunadək ləğv olunacağına inandığını bildirib. Bu gün Tokiyoda jurnalistlərə açıqlama verən cənab Hill, hətta orada görülməli çox iş olmasına baxmayaraq, prosesdə yaxşı inkişaf olduğunu deyib.

Cənab Hill Şimali Koreyanın nüvə qurğularının ləğvi prosesinə nəzarət etmək üçün gələn həftə bu ölkəyə gedəcək. O, bu sözləri Yapon həmkarı Keniçiro Saseilə görüşündən sonra dilə gətirib.

XS
SM
MD
LG