Accessibility links

Kosovo danışıqları heç bir razılıq əldə edilmədən başa çatıb


Beynəlxalq vasitəçiliklə keçirilən Kosovo danışıqları Serbiya ilə Kosovo albanları arasında heç bir razılıq əldə edilmədən başa çatıb. Dünən Serbiya prezidenti Boris Tadiç bildirib ki, Kosovonun etnik albanları ilə vilayətin gələcəyinə dair kompromislər tərəflərin güzəştlərə getdiyi təqdirdə mümkün ola bilər. Avstriyada təşkil edilən danışıqların ikinci günü prezident Tadiç Kosovonun bir vilayət kimi özünü idarə etməsini və dövlətçiliyinə dair bəzi sahələrin idarəsini Kosovoya verilməsini təklif edib. Kosovonun xarici siyasəti, müdafiə və sərhəd məsələlərinə Serbiya nəzarət etməlidir. Kosovo prezidenti Fatmir Sejdiu Kosovonun yaxın gələcəkdə müstəqilliyini elan edəcəyini bildirib. Serbiya prezidenti isə Belqradın bütün qanuni və diplomatik ölçülərə əl atmaqla buna qarşı mübarizə edəcəyini deyib.

XS
SM
MD
LG