Accessibility links

Boris Berezovski 6 il müddətinə azadlıqdan məhrum edilib


Moskva məhkəməsi biznesmen, Kremlin tənqidçilərindən olan Boris Berezovskinin dövlət əmlakının mənimsəməsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Rusiya rəsmiləri qiyabi şəkildə mühakimə etdikləri biznesmenin 1990-cı illərdə Rusiyanın milli hava yolları “Aeroflot” şirkətinin 9 milyon dolllar məbləğində vəsiatini mənimsədiyini bildirir. Britaniyada yaşayan Berezovski isə bu itithamları rədd edərək, onların soyasi motivlərə əsaslandığını deyir. 0, 2000-ci ildə Rusiyanı təkr etmiş, dəfələrlə ekstradisiyasını rədd edən Böyük Britaniyadan siyasi sığınacaq almışdır.

XS
SM
MD
LG