Accessibility links

Rusiya Qərbi Avropaya yaxın ərazilərdə daha çox qüvvə yerləşdirə biləcək


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropa Konvensional Qüvvələr sazişində iştirakını təxirə salan sənədə imza atıb. İmzalanan bu qanun dekabrın 12-də qüvvəyə minəəcək. Sənəd rəsmi Moskvaya Qərbi Avropaya yaxın ərazilərdə daha çox qüvvə yerləşdirməyə icazə verəcək. Rusiya həmçinin NATO ölkələri tərəfindən öz hərbi sahəsinin nəzarətini və yoxlamaları dayandıracaq. Sovet İttifaqı ilə NATO ilk olaraq sazişi 1990-cı ildə imzalamışdılar. İttifaq dağılandan sonra müqavilə 1999-cu ildə yenilənmişdi. Ancaq NATO Rusiyanın Gürcüstan və Moldovadan qoşunların çıxarmayana qədər onu təsdiq etməkdən imtina edir.
XS
SM
MD
LG