Accessibility links

Benəzir Bhutto seçkilərdə iştirak edəcəyini bildirib


Pakistanın müxalifət lideri və sabiq baş naziri Benəzir Bhutto gələn ay keçiriləcək ümummilli seçkilərdə iştirak edəcəyini bildirib. Bu gün mətbuat konfransında çıxışı zamanı xanım Bhutto deyib ki, onun Pakistan Xalq Partiyası yanvar ayında keçiriləcək seçkilərin ədalətli olmayacağından narahatdır. Xanım Bhuttonun sözlərinə görə, o hələ də geri çəkilə və sabiq baş nazir Navaz Şərifin başçılıq etdiyi etiraz boykotuna qoşula bilər. Hər iki sabiq baş nazir bu ayın əvvəlində prezident Pərviz Müşərrəfin elan etdiyi fövqəladə vəziyyətin təcili ləğvinə çağırıb.

Dünən prezident Pəörviz Müşərrəf fövqəladə vəziyyətin dekabrın 16-da ləğv ediləcəyinə söz verib.

XS
SM
MD
LG