Əfqanıstan prezidenti Həmid Karzai Əl-Qaidə lideri Usama Bin Ladenin Avropa Birliyini Birləşmiş Ştatların Əfqanıstandakı missiyasını dayandırmasına çağırdığı mesajının gülməli olduğunu deyib. Cənab Karzainin ofisindən alınan bəyanatda deyilir ki, Bin Ladenin dedikləri İslam mədəniyyətinə və insan dəyərlərinə ziddir. Bəyanatda eləcə də, Bin Laden ölkəni terror fəlakətinə sürükləməkdə və minlərlə insanın qətlində günahlandırılıb.
Qeyd edək ki, Bin Ladenin səsi yazılmış lentin bir parçası dünən Əl-Cəzirə telekanalı tərəfindən yayımlanıb.