Avropa Birliyinin xarici siyasət məsələləri üzrə başçısı Haviyer Solana deyib ki, o, İranın mübahisəli nüvə proqramı barədə İranın nüvə məsələsi üzrə baş müzakirəçisi Səid Cəlali ilə Londonda 5 saat ərzində keşirdiyi danışıqlardan məyus olub. Səid Cəlali isə deyib ki, ölkəsinin nüvə proqramı ilə bağlı Havyier Solana ilə müzakirələr yaxşı keçib.
Həm cənab Cəlali, həm də cənab Solona gələn ay yenidən görüşəcəklərini bildiriblər. Göründüyü kimi bu danışıqlar İranın beynəlxalq ictimaiyyətin tələbinə əsasən uran zənginləşdirilməsini dayandırmadığı təqdirdə, BMT ona qarşı yeni sanksiyalar tətbiq edəcək. İran bildirir ki, cənab Cəlali mübahisəli nüvə proqramı ilə bağlı keçirilən danışıqlarda yeni təşəbbüslər irəli sürəcək.
Cənab Solana İranın beynəlxalq tələbinə əsasən, nüvə proqramı sahəsində fəaliyyyətini dayandırılmasına hazır olub-olmadığı barədə tez bir zamanda Təhlükəsizlik Şurasına hesabat verməlidir.