Accessibility links

Rusiyada parlament seçkiləri keçirilir


Prezident Vladimir Putinin Vahid Rusiya partiyasının dominantlığı altında keçən kampaniyanın ardınca bütün Rusiya boyu seçicilər yeni parlamenti müəyyən edir. Rusiyanın 11 vaxt zonasında səsvermə məntəqələri səhər saat 8-də açılıb. İlk bülletenlər Alaska yaxınlığındakı Berinq boğazının o biri tayında Çukotka arktik vilayətində səsvermə qutularına salınıb. İnterfaks xəbər agentliyinin məlumatına görə, həmin regionda seçicilərin 77 faiz, qonşu Kamçatkada isə 54 faiz səsvermə fəallığı qeydə alınıb. İki saat sonra paytaxt Moskvada başlayan səsvermədə əvvəlki seçkilərlə müqayisədə iki dəfə artıq seçicinin iştirak etdiyi bildirilir. Müxalifət partiyaları iddia edirlər ki, yeni seçki qanunu cənab Putinin partiyasına 450 yerlik parlamentdə çoxluğu təmin edir. Yeni səsvermə qaydalarına əsasən partiya parlamentə daxil olmaq üçün minimum 7 faiz səs toplamalıdır. Rəy sorğuları göstərir ki, parlamentə yalnız iki partiya kommunistlər və Vahid Rusiya keçəcək. Tənqidçilər deyirlər ki, Vahid Rusiya televiziyada kampaniya aparmağa icazə verilən yeganə partiya idi. Təhlilçilər Putinin iddia etdiyi ictimai populyarlığını sübuta yetirməsi üçün bu partiyanın səslərin 60 faizinə ehtiyacı oldğunu deyirlər. Səslərin hesablanmasına bu gün başlansa da, yekun nəticələrin dekarbrın 16-dək açıqlanacağı gözlənilmir.

XS
SM
MD
LG