Accessibility links

ABŞ rəsmisi İraqa səfərini başa çatdırıb


ABŞ-ın yüksək vəzifəli rəsmisi Con Neqropontenin sözlərinə görə, İraq liderləri ölkədə təhlükəsizlik vəziyyətinin yaxşılaşmasından istifadə edib siyasi barışığa nail olmalıdırlar, əks təqdirdə təriqətlərarası zorakılıqlar yenidən baş qaldıra bilər. Dövlət katibinin müavini belə fəaliyyətlər aparılmayacağı halda İraqın əvvəlki vəziyyətə qayıtmaq riski ilə üzləşəcəyindən narahatdır. İraqa 6 günlük səfərinin sonunda Neqroponte deyib ki, bu il ABŞ qüvvələri yaxşı nəticələr əldə edib. Bu arada İraqın tanınmış sünni siyasətçilərindən biri ölkənin təhlükəszilik qüvvələrinin onu 3 gündür ev dustaqlığında saxladığını deyib. Ədnan Əl-Dulaymi bildirib ki, evini mühafizə edən İraq qoşunu onun parlamentə getməsinə və ziyarətçiləri ilə görüşməsinə maneə olurlar. Sünni liderin ofis kompleksi yaxınlığında içərisinə bomba qoyulmuş 2 avtomobil aşkar etdikdən sonra ölkənin təhlükəsizlik qüvvələri Dulayminin evinin ətrafında yerləşdirilib.
XS
SM
MD
LG