Accessibility links

Pakistan müxalifəti  razılığa gələ bilmir


Pakistanın 2 əsas müxalifət partiyasının seçkilərin boykot edilməsinə mane olunması məqsədilə hökumətə təqdim edəcəkləri tələblərlə bağlı fikir ayrılıqları qalmaqdadır. Sabiq baş nazirlər Nəvaz Şərif və Benazir Bhuttonun partiyalarının yaratdığı komitə bu gün bildirib ki, onlar seçkilər haqda olan 15 tələbdən 2-si barədə razılığa gələ bilməyib. Bir fikir ayrılığı fövqəladə vəziyyət zamanı prezident Pərviz Müşərrəfin vəzifəsindən uzaqlaşdırdığı Ali Məhkəmə sədrinin işinə geri qaytarılması ilə bağlıdır. Cənab Şərif onun parlament seçkilərinə qədər geri qaytarılmasını tələb edir. Xanım Bhutto isə hesab edir ki, məhkəmə sədrinin seçkilərdən sonra vəzifəsinə bərpası münasibdir. Komitə üzvləri həmçinin hökumətin şərtlərlə tanış olmasına veriləcək möhlətlə də həmfikir deyillər. Fikir ayrılıqlarını aradan qaldırmaq üçün hər iki sabiq baş nazirin gələn həftə görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG