Accessibility links

Konqres İraq müharibəsinin maliyyələşdirilməsinə dair güzəştli qanun layihəsi üzərində işi başa çatdırır


Birləşmiş Ştatlar Konqresində liderlər ABŞ-ın başçılığı ilə İraq müharibəsinə pul ayrılması da daxil olan güzəştli büdcə layihəsi üzərində işi sona çatdırırlar. Burada əsgərlərin İraqda çıxarılması üçün vaxt göstərilmir. 500 milyard dollarlıq büdcə paketinin ən azı 70 milyardı İraq və Əfqanıstandakı hərbi əməliyyatlara ayrılacaq. Büdcədə Demokratlar partiyasının üzvlərinin dəstəklədiyi proqramlara prezident Buşun istədiyindən 11 milyard dollar artıq vəsait ayrılması nəzərdə tutulur. İraq müharibəsinin maliyyəşdirilməsilə bağlı razılıq ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün dəqiq müddət göstərilməsinə çalışan bir çox demokrat konqresmenin son baş tutmamış cəhdi hesab edilir. Prezident Buş müddət qoyulması ilə bağlı bütün cəhdləri rədd etmiş, onun Respublikaçılar partiyasından qanunvericilər prezidenti onu dəstəkləmişlər. Qanun layihsənin gələn həftə Nümayəndələr Palatasında səsverməyə qoyulacağı gözlənilir.
XS
SM
MD
LG