Pakistan ordusu bildirir ki, son həftələr 300 yaraqlını öldürdükdən sonra, onlar Taliban tərəfdarı bütün yaraqlıları ölkənin şimal qərb hissəsində Svat Vadisindən demək olar bükünlüklə təmizləməyə müvəffəq olublar. Ordu sözçüsü general-mayor Nəsir Canxua, Minqora şəhərində keçirilən mətbuat konfransında keçən ay əməliyyat başlanandan 143 yaraqlının həbs olunduğunu bildirib. Əməliyyat zamanı 5 əsgər və 6 mülki vətəndaş həlak olub. Ancaq onun sözlərinə görə, yaraqlıların lideri Mövlana Fəzlullah 200 tərəfdarı ilə yaxınlıqdakı dağlara qaçıb. Ordu sözçüsü 20 min qoşunun regionda əməliyyatları davam etdirəcəyini dilə gətirib.