İraq rəsmilərinin bildirdiyinə görə, Bağdad həbsxanasında 7 məhbus topdan açılan atəş nəticəsində həlak olub. Bir neçəsi polis işçisi olmaqla, 23 adamın yaralandığı xəbər verilir. Bundan əlvə Bağdadın neftayırma zavodunda baş verən yanğının əvvəlcə elan edildiyi kimi kimi hücum deyil, sənaye qəzası olduğu bildirilir. ABŞ ordusunun məlumatına görə, Daura neftayırma zavodunda olan Amerika əsgərləri yanğına boru kəmərindəki partlayışın səbəb olduğunu aşkar ediblər. İraqın təcili yardım işçiləri və koalisiya qüvvələri vəziyyəti nəzarət altına almağa çalışır.