Accessibility links

İraq rəsmilərinə qarşı hücumlar davam edir


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda yüksək səviyyəli siyasətçilərin evləri yaxınlığında intiharçı bomba hücumu iki təhlükəsizlik işçisinin ölümünə, 12 nəfərin isə yaralanmasına səbəb olub. Hadisə bu gün səhər, İraqın keçmiş baş naziri Ayad Ələvi və qanunverici Saleh Əl-Mütləqin evlərinin yaxınlığında baş verib.

Digər bir xəbərdə isə bildirilir ki, Bağdadın cənubunda insan cəsədinə yerləşdirilmiş bomba partlayışı nəticəsində bir İraq əsgəri qətlə yetirilmiş, bir neçə nəfər yaralanmışdır. Dünən isə Bağdadın ruhi xəstəliklər xəstəxanasının baş həkimi qətlə yetirilmişdir.

XS
SM
MD
LG