Accessibility links

Yuliya Timoşenkonun namizədliyi təsdiq edilməyib


Ukrayna parlamenti baş nazir vəzifəsinə nominasiya edilən Yuliya Timoşenkonun namizədliyini təsdiq etməyib. Xanım Timoşenko 450 yerli parlamentdə 225 səs əldə edib. Əksəriyyəti əldə etməsi üçün ona bircə səs kifayət etməyib. Yuliya Timoşenkonun tərəfdarları səsvermə zamanı texniki problemlərin baş verdiyindən şikayətlənir. Timoşenkonun baş nazir vəzifəsinə nominasiyasını Ukrayna prezidenti Viktor Yuşenko keçən həftə irəli sürmüşdü. Yuliya Timoşenko Yuşenkonun prezident seçildiyi 2004-cü ildə baş nazir təyin edilmiş, lakin az sonra prezident tərəfindən bu vəzifədən kənarlaşdırılmışdı.

XS
SM
MD
LG