Fransız qanunvericilərindən bəziləri ölkəsinin insan hüquqları baxımından göstəricilərinə görə Liviya lideri Müəmmar Qəzzafi ilə görüşməkdən imtina ediblər. Sosialist Partiyasının və hakim Xalq Hərəkatı Birliyinin bəzi üzvləri Milli Assambleyadakı törənə qatılmayıblar.
Cənab Qəzzafi Fransaya səfərinə dünən başlayıb və o, artıq Fransız prezidenti Nikola Sarkozi ilə görüşüb. Cənab Sarkozı cənab Qəzzafinın insan hüquqları sahəsində irəliləyiş etməyi xahiş edib. Lakin Liviya lideri sonradan Fransa telekanalına verdiyi müsahibədə bunu təkzib edib. Liviya ilə Fransa arasında geniş iqtisadi əlaqələr mövcuddur.