Ümumi rəylərə görə, Pekində keçiriləcək 2008-ci il Yay Olimpiya Oyunlarının təntənəli keçəcəyi gözlənilir. Orada Olimpiya məqsədi ilə ucaldılan tikintilər əzəmətli və gözəldir. Ancaq bunların hamısı 1 milyon 250 min sakinə baha başa gəlib. Ev hüquqları təşkilatının bildirdiyinə görə, bu sakinlər Çinin paytaxtındakı mülkiyyətlərindən məhrum olublar.
Qrup deyir ki, Pekində çoxsaylı köçürülmələr və əmlakdan məhrum etmələr insaların olimpiyadanın bir hissəsi kimi istifadə olunmasının aşkar göstəricisidir. Mərkəzin direktor müavini Yin Du Plessisin sözlərinə görə, hökumət iddia edir ki, köçürülməyə məcbur edilənlərə kompensasiya ödənilir. Ancaq o, dəlillərin başqa hekayət danışdığını deyir: “Çindəki vəziyyətlə bağlı bizdə olan məlumata görə, insanlar köçürülmələrə etiraz etmək və onlara müqavimət göstərmək üçün özlərini körpülərdən atır və ya özlərini yandırmaq kimi qeyri-adi yollardan istifadə edirlər. Və bu bizim üçün böyük sınaqdır. Nə üçün həmin insanlar müqavimət məqsədilə belə riskli üsullardan istifadə edir?”
Mərkəz Birmanın hərbi hökumətini etnik azlıqları təmizləməkdə və ərazi müsadirəsi vasitəsilə sosial quruculuq işləri aparmaqda ittiham edir. Bu köçürülmələr 1962-ci ildən bəri Birmada 1 milyondan çox insanın evindən didərgin düşməsinə səbəb olub.
Qrupun əlaqələr üzrə işçisi Radika Satkunatahan bu insanların dəfələrlə köçürülməyə məruz qaldığını deyir. Onun sözlərinə görə, icmalar məhsul mövsümündə köçürülürlər və bu da o deməkdir ki, onların məhsulları da müsadirə olunur.
Ev Hüquqları mərkəzi Slovakiyanı Romalıları davamlı şəkildə alçaltmaqda ittiham edir. Onlar ayrıseçkiliyə və hakimiyyət tərəfində köçürülmələrə məruz qalırlar.
Bir müsbət fakt ondan ibarətdir ki, mərkəz 6 min ailənin qanuni yolla öz torpaqlarında ev əldə etməsinə yardım göstərdiyinə görə, Filippinin Naqa şəhərinin meri Cis Robredonu ev hüquqlarının müdafiəsi mükafatına layiq görüb. Ev hüquqları müdafiəçisi mükafatı isə Pakistanın Kəraçi şəhərindən olan ev hüquqları fəalı Basir Navidə təqdim olunub.