Accessibility links

Livanda bomba partlayışı zamanı yüksək rütbəli general həlak olub


Livanda Beyrut ətrafında Baaba şəhərində maşına yerləşdirilmiş bombanın partlaması Livan ordusunun yüksək rütbəli generalı və daha iki adamın ölümülə nəticələnib. Hərbi qüvvələrin bəyanatında hərbi əməliyyatlara rəhbərlik edən briqada generalı Fransua əl-Həccin Baabada hücum zamanı öldüyü deyilir. Hadisə zamanı 10-dan artıq adam yaralanıb. General Haccın qətlilə nəticələnmiş hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG